İsrail hərbi aviasiyası raket və artilleriya hücumlarına cavab olaraq Livandakı şiə Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Bu səhər İsrailin şimalındakı Meron dağı ərazisində Livandan təxminən 35 atış [raket və mərmi] qeydə alınıb. Bölgədə İDF-nin hava idarəetmə bölməsinə heç bir itki və ya ziyan dəyməyib. Cavab olaraq, İDF döyüşçüləri “[Livanda] Hanniyeh, Cibchit, Baysariya və Mansuri bölgələrində” hərbi hədəflərə və Hizbullah terror strukturlarına hücum edib.
“İD artilleriyası təhlükəni aradan qaldırmaq üçün Yarun bölgəsinə zərbələr endirib”, – mətbuat xidməti əlavə edib. (Tass)