İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı şiə təşkilatı Hizbullahın bir sıra hərbi obyektlərinə hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Gecə ərzində İDF döyüşçüləri Livandakı bir sıra “Hizbullah” terror təşkilatının hədəflərinə zərbələr endirib”, – məlumatda deyilir. Hücum edilən hədəflər arasında hərbçilər “əməliyyat idarəetmə mərkəzlərinin” adını çəkib.
“Gecə Livandan İsrail ərazisinə doğru bir neçə atış qeydə alınıb”, – deyə ordunun mətbuat xidməti bildirib: “Cavab olaraq İDF atışların həyata keçirildiyi yerləri atəşə tutub”. (Tass)