Livandan Yəhudi dövlətinin şimalındakı Adamit bölgəsinə mərmi atılması nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) 5 əsgəri yaralanıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bazar ertəsi səhər saatlarında Livandan İsrailin şimalındakı Adamit bölgəsinə doğru bir neçə [mərmi] atılıb. Hücumlar nəticəsində İsrail ordusunun 5 ehtiyatda olan əsgəri yüngül yaralanıb. Əsgərlər tibbi yardım üçün xəstəxanaya yerləşdirilib”, – deyə məlumatda bildirilir.
“Son bir neçə saat ərzində İD-nin pilotsuz təyyarələri və İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanda terror infrastrukturu, Hizbullah terrorçuları tərəfindən idarə olunan hərbi obyektlər və reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla bir sıra hədəflərə zərbələr endirib”. “İD Hula bölgəsində fəaliyyət göstərən terrorçu bölməyə də zərbə endirib”, – deyə ordu əlavə edib.
“Hizbullahın davam edən terror fəaliyyətləri və İsrailə hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur. İsrail ordusu sərhədlərini istənilən təhlükədən qorumağa davam edəcək”, – mətbuat xidməti yekunlaşdırıb. (Tass)