İsrail Müdafiə Qüvvələri (IDF) artilleriyası Livanda İsrail ərazisinə tank əleyhinə raketin buraxıldığı yerə zərbə endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl terrorçular Livandan İsrailin şimalındakı Netua bölgəsinə tank əleyhinə raket atıblar. Buna cavab olaraq İsrail ordusunun artilleriyası atəşin gəldiyi yerə zərbələr endirib”.
Bundan əlavə, mətbuat xidməti “Livandan İsrail ərazisinə minaatan atışlarının qeydə alındığını və bunun yaşayış olmayan ərazilərdə baş verdiyini” bildirdi. (Tass)