İsrail ordusu, İsrailin şimalında Zarit və Şomera yaşayış məntəqələri yaxınlığında sirenlər səsləndikdən sonra Livandan gələn “şübhəli hava hədəfinin” tutulduğunu bildirib.
Ordunun mətbuat xidmətinin bəyanatında deyilir: “Hər hansı itki yoxdur”.
Bundan əlavə, Livandan atılan daha bir “şübhəli hava hədəfi” Qərbi Qaliley bölgəsinə düşüb.
Bundan əvvəl İsrailin şimalındakı bəzi ərazilərdə beş dəqiqə ərzində dörd dəfə hava hücumu xəbərdarlığı səslənmişdi. (Tass)