İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda bir neçə silahlı qrupa tank əleyhinə raketlərlə hücum etdiyini bildirib.
“Gün ərzində İDF Livanın bir sıra bölgələrinə zərbələr endirib və iki terrorçu bölməyə hücum edilib”, – məlumatda deyilir. “Livandan Livanla sərhədə yaxın Mattat, Marqaliot, Adamit, Zarit və Malkia yaşayış məntəqələri istiqamətində bir neçə atış [raket və mərmi] qeydə alınıb. İDF hücumların keçirildiyi yerləri vurub”. “Terrorçu dəstəsi Malkiya ərazisinə tank əleyhinə raket atdıqdan bir saat sonra İDF əsgərləri terrorçu dəstəyə hücum edib”, – ordu departamenti əlavə edib.
“Hizbullahın davam edən terror fəaliyyəti və İsrailə qarşı hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur”, – deyə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edib. (Tass)