Səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın şiə təşkilatı Hizbullah silahlı birləşmələrinin arxa bazaları və silah-sursat anbarlarının yerləşdiyi şərq və şimal-şərq bölgələrinə hava hücumlarını bərpa edib.
Livanın ictimai xadimi Məhəmməd Sahilinin Baalbekdən TASS müxbirinə verdiyi məlumata görə, bu zərbələr zamanı israillilər ABŞ tərəfindən onlara verilən güclü hava bombalarından istifadə edirlər.
“Partlayış səsləri Baalbek şəhərinin şimalındakı Şamistar, Tarai və Budai istiqamətindən eşidilir, Baalbek-Homs magistralında Hermel və Sarin şəhərlərində partlayışlar törədilir”, o qeyd edib Suriya ilə sərhəddə dərələr və əlçatmaz dağlıq ərazilərdə müqavimət qüvvələrinin silahlarını orada saxladığı güman edilir”.
Həmsöhbətin sözlərinə görə, 2014-2016-cı illərdə “Hizbullah” birləşmələri “İslam Dövləti” qruplaşmasının terrorçu dəstələrinin Livana daxil olmasının qarşısını almaq üçün şərq sərhədində öz dayaq məntəqələrini yaradıb. (Tass)