İsrail hərbçiləri Livanın şərqindəki Bekaa vadisində Hizbullah şiə təşkilatının hədəflərinə tezliklə zərbələr endirməyə hazırlaşır və yerli əhalini təhlükəli əraziləri tərk etməyə çağırır. Bunu brifinqdə İsrail ordusunun sözçüsü Daniel Həcəri deyib.
“Yaxın vaxtlarda Livanın Bekaa vadisindəki terror hədəflərinə hücum etməyə hazırlaşırıq. Hizbullah oradakı mülki binalarda strateji silahlar saxlayır və əhalidən canlı qalxan kimi istifadə edir, onları bilərəkdən riskə atır”. (Tass)