Oktyabrın 7-dən, Qəzzadan yaraqlıların hücumu başladığı vaxtdan İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 930 fələstinlini, o cümlədən zolağı idarə edən radikal Həmas hərəkatının 608 fəalını saxlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi əməliyyatların başlanmasından [7 oktyabr] bu günə olan məlumata görə, İordan çayının qərb sahilində keçirilən antiterror reydlərində axtarışda olan 930 nəfər saxlanılıb ki, onlardan ən azı 608-i HƏMAS terror təşkilatı ilə əlaqəlidir”. (Tass)