İsrailin şimal bölgələri yenidən Livandan atəşə tutulub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, Qalileyanın bir çox ərazisi istiqamətində mərmi atışları qeydə alınıb, ümumilikdə hərbçilər 45-dən çox raketin buraxılışını aşkar ediblər. Mərmilərin bəzilərinin tutulduğu, bəzilərinin isə açıq ərazilərə düşdüyü bildirilir.
Bundan əlavə, Livandan Qərbi Qaliley istiqamətində iki pilotsuz təyyarə buraxılıb və orduya məlumat verilib. (Tass)