İsrail ordusunun sözçüsü Peter Lerner ABC News-a bildirib ki, Oktyabrın 27-də İsrail ordusunun hərəkəti Qəzza zolağında quru əməliyyatının rəsmi başlanğıcı deyil. Onun sözlərinə görə, anklavda baş verənlər “məhdud işğal” deməkdir.
Lerner vurğulayıb ki, İsrail ordusu mülki əhali arasında itkilərin olmaması üçün əlindən gələni edir. Eyni zamanda o, baş verənlərin “Həmasın başladığı müharibədir” olduğuna diqqət çəkib.
Öz növbəsində, HƏMAS-ın siyasi bürosunun üzvü İzzət ər-Rişq İsrail silahlı qüvvələrinin Qəzzada quru əməliyyatı zamanı onlara qarşı durmağa hazır olduğunu açıqlayıb. Eyni zamanda, o, hərəkatın “oktyabrın 7-də qalib gəldiyi kimi” qələbəsinə də əmin olduğunu bildirib.(Tass)