İsrail ordusu şənbə günü səhər tezdən Qəzza zolağından kütləvi raket zərbəsi endirdikdən sonra “müharibə hazırlığı vəziyyəti” elan edib. Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
“İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir”, – bəyanatda deyilir.
“Cənub və mərkəzi ərazilərdə İsrail vətəndaşlarından sığınacaqların yaxınlığında, Qəzza zolağının yaxınlığında isə sığınacaqların daxilində qalmaları tələb olunur. Hazırda Baş Qərargah rəisi vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, – deyə o bildirib. (Tass)