Qəzza zolağından olan fələstinli radikallar bu gün səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri şiddətlə tövsiyə olunur”, – məlumatda deyilir.
Bundan əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında hava hücumu sirenləri işə düşüb. (Tass)