İsrail ordusu Qəzza zolağına bir neçə zərbə endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Bəyanata görə, zərbələr Fələstin anklavından İsrailə doğru raket hücumu cəhdinə cavab olaraq həyata keçirilib və ordu bunu yanvarın 8-də qeydə alıb. O zaman ordunun mətbuat xidməti İsrail ərazisinə doğru bir mərminin atıldığını, lakin sərhədə çatmadığını və Zolağın içinə düşdüyünü bildirmişdi.
Buna cavab olaraq, hərbçilərin indi bildirdiyi kimi, Fələstin HƏMAS hərəkatının silahlı radikallarına və onun bir sıra hərbi infrastruktur obyektlərinə hədəfli zərbələr endirilib.
Bəyanatda deyilir: “Zərbələr zamanı İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti bir neçə HƏMAS terrorçusunu, buraxılış meydançalarını və bir sıra digər terror infrastruktur obyektlərini hədəfə alıb”.
İsrail tərəfinin fikrincə, Qəzza zolağından tək bir mərmi atmaq cəhdi “atəşkəs razılaşmasının pozulması” deməkdir. (Tass)
