İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyyəsinə başlandığını elan edib.
“Təhlükəsizlik səddinə bitişik icmalar (Urim, Beeri, Nahal Oz, Netiv HaAsara, Zikim) hazırda təxliyə edilir və vəziyyətin operativ qiymətləndirilməsinə uyğun olaraq, sakinlərə evlərini tərk etmək əmri verilib”, – ordunun press-relizində deyilir. (Tass)