İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərinin iki bölgəsində hərbi əməliyyatların dayandırıldığını elan edib. Bu barədə İDF sözçüsü Aviçai Edri məlumat verib.
“Deyr-əl-Bəlahın Əl-Bruk və Yaffa bölgələrində saat 10:00-dan 14:00-dək ( Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər) humanitar məqsədlər üçün hərbi əməliyyatlar taktiki olaraq dayandırılacaq”, – məlumatda deyilir. Edrinin bəyanatı X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi səhifəsində dərc olunub.
Ordu sözçüsü xəbərdarlıq edib ki, “Xan Yunis bölgəsində döyüşlər və Müdafiə Qüvvələrinin irəliləməsi şəhərin şimal və şərqindəki ərazilərdə Salahəddin yolu boyunca mülki əhalinin hərəkətinə imkan vermir”. Bəyanata görə, İD “Xan Yunisin qərbində yerləşən dolama marşrutu ilə” mülki şəxslərin təhlükəsiz hərəkətini təmin edəcək. (Tass)