İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat ofisi bildirib ki, Qəzza zolağında döyüş zamanı əsgərlər səhvən üç israilli girovu təhlükə olaraq tanıyıb, onlara atəş açıb və onları öldürüblər.
“Şücayyədə gedən döyüş zamanı İDF səhvən üç israilli girovu təhlükə kimi tanıyıb. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb”, – məlumatda deyilir.
“İD dərhal insidentlə bağlı araşdırmaya başlayıb”, – mətbuat xidməti əlavə edib. (Tass)