İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə hücum edib. Hədəflər Qəzza zolağında terror təşkilatı HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binalarda olub. Onların arasında terror təşkilatı Həmas-a aid kəşfiyyat qərargahı var. HƏMAS-ın hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə hücum edilib “İsrail ordusu paralel olaraq terrorizm üçün vəsait toplamaq məqsədilə HƏMAS terror təşkilatına aid iki banka hücum edib”. (Tass)