İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal Həmas hərəkatına məxsus hədəflərə kütləvi zərbə endirib. Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Telegram-kanalında dərc olunan bəyanatında deyilir.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatına aid obyektlərə genişmiqyaslı hücum həyata keçirir”, – deyə bəyanatda bildirilir.
Oktyabrın 11-də hərbi mətbuat xidməti Qəzzada Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarlarına məxsus hava müşahidə sisteminin məhv edildiyini, çərşənbə axşamı isə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib. (Tass)