İsrail hərbçiləri Qəzza zolağının hər yerində terrorçuların hədəflərini məhv etməyə davam edir və anklavın şimalında gecə döyüşləri zamanı “onlarla terrorçu” öldürülüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“IDF bölmələri bütün Qəzza zolağında terrorçulara zərbələr endirməkdə və terrorçuların hədəflərini məhv etməkdə davam edir. Əsgərlər Qəzza zolağının şimalında bir neçə terror hücrəsi ilə gecə ərzində döyüşlər aparıblar. Bu döyüşlər zamanı onlarla terrorçu məhv edilib”, – hərbi bəyanatda deyilir. (Tass)