İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-a məxsus tunelin məhv edildiyini bildirib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, uzunluğu 1 km olan tunelin girişi Fələstin anklavının şimalındakı Beyt Lahiya şəhərinin yaşayış massivində yerləşirdi. “Qoşunlar tuneldə sığınacaqda uzun müddət qalmaq üçün silahlar, tank əleyhinə raketlər, elektrik şəbəkəsi, o cümlədən avadanlıq və ləvazimatlar aşkar ediblər”, – mətbuat xidməti qeyd edib.
Bundan əlavə, “Beyt Hanunda (Qəzza zolağının şimal-şərqində yerləşən şəhər ) HƏMAS-ın hərbi personala hücum etmək üçün istifadə etdiyi ərazidə keçirilən reyd zamanı əsgərlər atəş mövqelərini, tank əleyhinə qurğular, partlayıcılarla dolu obyektlər, həmçinin terrorçu binalar” aşkat ediblər.(Tass)