Radikal HƏMAS hərəkatının öhdəliklərini pozması səbəbindən Bakı vaxtı ilə saat 10:30-da atəşkəs qüvvəyə minmədiyi üçün İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal hədəflərə zərbələr endirməkdə davam edir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Artilleriya və aviasiya Qəzzanın şimalında və mərkəzində bir sıra terrorçuların hədəflərinə zərbələr endirib”, – məlumatda deyilir.
İDF “müdafiə və hücuma hazır vəziyyətdədir” və “İsrail vətəndaşlarına zərər vurmağa imkan verməyəcək”, mətbuat xidməti qeyd edib. (Tass)