Qəzza zolağının şimalında Fələstinin HƏMAS radikal qruplaşmasının bölmələrinə qarşı döyüşlər zamanı 3 İsrail əsgəri həlak olub, daha 12 əsgər yaralanıb. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İDF mətbuat xidmətinin məlumatına görə, Cəbəliyyədə Həmas yaraqlılarının tank əleyhinə mərmi ilə mindikləri yük maşınına vurması nəticəsində Givati Briqadasının üç əsgəri həlak olub, 12 nəfər yaralanıb. Bu məlumatları nəzərə alsaq, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail əsgərlərinin sayı ordunun mətbuat xidmətinin məlumatına görə, artıq 816 nəfər olub. (Tass )