İsrail Müdafiə Qüvvələri (IDF) azad edilmiş girovları Qəzza zolağından qayıtdıqdan sonra qəbul etmək üçün hazırlıqları tamamladığını bildirib.
“İD azad edilmiş girovları Qəzza zolağından İsrailə qayıtdıqdan sonra qəbul etmək üçün hazırlıqları başa çatdırıb. Bunun bir hissəsi olaraq, İDF azad edilmiş girovların ilkin qəbulu üçün lazımi tibbi yardım və dəstək də daxil olmaqla bir neçə yer hazırlayıb. İlkin tibbi yardımdan sonra azad edilmiş girovlar xəstəxanalara göndəriləcək və orada ailələrinə qovuşacaqlar”, – məlumatda deyilir. (Tass)