Qəzza zolağının cənubunda taktiki pauzanın tətbiqi humanitar vəziyyətin yaxşılaşdırılmasına yönəlib və bu ərazidə, o cümlədən Rəfah şəhərində hərbi əməliyyatların tam dayandırılması demək deyil. Bu açıqlamanı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.
“İDF açıq şəkildə bildirir ki, Qəzza zolağının cənubunda hərbi əməliyyatlar dayandırılmayıb və Rafahda döyüşlər də davam edir gün ərzində beynəlxalq təşkilatlarla razılaşdırılaraq yalnız humanitar yardımların daşınması üçün açılacaq”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl ordunun mətbuat xidməti humanitar məqsədlər üçün anklavın cənub hissəsində saat 08:00-dan 19:00-dək “döyüş əməliyyatlarında lokal taktiki pauza”nın tətbiq edildiyini açıqlsmışdı. Ordu bunun “BMT və beynəlxalq təşkilatlarla əlavə müzakirələrdən sonra” edildiyini vurğulayıb. (Tass)