İsrail ordusu Qəzza şəhərinin şərqindəki Əl-Şücayya bölgəsində gedən döyüşlər zamanı bir həftə ərzində ümumi uzunluğu təxminən 6 km olan altı yeraltı tunel aşkar edərək məhv edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, hərbçilər aşkar edilmiş tikililərə baxış keçirib, orada gizli keçidlər, nəzarət məntəqələri və silah ehtiyatları aşkar ediblər. Kəşfiyyatdan sonra tunellər İsrail ordusunun mühəndis bölmələri tərəfindən partladılıb. “Hərbçilər ərazidəki tunelləri araşdırmağa və məhv etməyə davam edir”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, bir həftədən artıq müddətdə Əl-Şücayyada döyüşlərdə 150-dən çox silahlı fələstinli radikal öldürülüb, hərbi infrastruktur obyektləri ləğv edilib, minalanmış binalar zərərsizləşdirilib. “Bundan əlavə, hərbçilər terrorçuların qoyub getdiyi onlarla silah və kəşfiyyat sənədləri aşkarlayıblar”, – deyə ordu bildirib. (Tass)