İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı 3 əsgərin öldüyünü bildirib. Mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı qərargah çavuşu, 22 yaşlı kapitan və 21 yaşlı çavuş çərşənbə günü Fələstinin şimalındakı anklavda gedən döyüşlərdə həlak olub.
Son məlumatları nəzərə alsaq, Qəzzaya qurudan hücuma başlayandan indiyədək həlak olan İsrail əsgər və zabitlərinin sayı 282-yə çatıb.Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı hərbi itkilərin ümumi sayı artıq 634-ə çatıb. (Tass)