İsrail Ordusunda edilən yazılı açıqlamada, bildirilib ki, Oktyabrın 31-də Zolağa qarşı qurudan hücuma başlayandan bəri bölgəyə 100 mindən çox artilleriya mərmisi atılıb.
Bəyanatda, İsrail artilleriya birləşmələrinin Qəzza zolağına hücumların ilk günündən qarşıdurmalarda “önəmli rol oynadığı” və “quru qoşunlara qarşı təhlükələri aradan qaldırdığı və qoşunların irəliləməsinə şərait yaratdığı” iddia edilib.
İsrail ordusu artilleriya birləşmələrinin çoxsaylı toplardan atəş açması görüntülərini də paylaşıb. (TRT Haber)