/. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti BMT-nin Ümumdünya Ərzaq Proqramından un daşıyan ilk səkkiz yük maşınının Aşdod limanı vasitəsilə Qəzza zolağına çatdırıldığını açıqlayıb.
Hərbçilər qeyd ediblər ki, bu, “[İsrail hakimiyyəti] Fələstin anklavına humanitar yardımın çatdırılması üçün Aşdod limanından istifadəyə icazə verdikdən sonra ilk dəfədir”.
Mətbuat xidməti əlavə edib ki, yük maşınları “Aşdod limanında hərtərəfli yoxlamadan keçib”, daha sonra “İD hərbçilərinin müşayiəti ilə” Kerem Şalom keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılıb.
(Tass)