İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirib.
Bu dəfə hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qərargahı kimi müəyyən edilib. Ordu bildirib ki, zərbələr xüsusilə Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələri Qərargahındakı “əsas infrastruktur” obyektlərini hədəf alıb.
Bundan əlavə, İsrail təyyarələri eyni vaxtda İsrailə raket atmaq üçün hazırlanmış ballistik raketlər və buraxılış qurğularının olduğu anbara hücum edib.
