İsrail hərbçiləri Qəzza zolağının daxilində mövqelərini saxlayır və yaxın günlərdə anklavda humanitar fasilə başa çatdıqdan sonra gözlənilən hərbi əməliyyatların bərpasına hazırlaşacaqlar. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.
“Qəzzədə səhər saatlarından etibarən qüvvələrimiz atəşkəsə hazırlaşır. Komandirlər qüvvələrimizə məlumat verdilər, əsgərlərimizin təhlükəsizliyi Qəzzada ordumuz üçün ən yüksək prioritetdir. Önümüzdəki günlərdə İDF hazırlıqlarını davam etdirəcək. Biz İsrail dövlətinə qarşı hər hansı təhlükəyə qarşı hərəkətə keçəcəyik”, o, axşam brifinqində deyib. (Tass)