İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən atılan raketi ələ keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrailin bir neçə bölgəsində hava hücumu sirenləri səsləndikdən sonra Yəməndən atılan raket ələ keçirilib”, – məlumatda deyilir.
Hərbçilər hava hücumu sirenlərinin “protokola uyğun olaraq işə salındığını” bildiriblər. (Tass)