İsrailin şimal bölgələri Livandan yeni kütləvi atəşə məruz qalıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 19:03-dən 19:28-dək ölkənin şimalındakı bir sıra yaşayış məntəqələrinin yaxınlığında hava hücumu siqnalları səslənib, bu müddət ərzində ümumilikdə 70-ə yaxın mərmi atılıb.
O cümlədən, 15 raket sərhəddəki Kiryat Şmona şəhərinə, 20 mərmi Mitzpe Peer kəndinə, 25 mərmi Avivim kəndinə və daha 10 raket Sassa kəndinə doğru atılıb.
Mərmilərin bəziləri tutuldu, bəziləri açıq ərazilərə düşdü. Ölən və yaralananlar barədə məlumat verilmir.