İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağında olub, orada Fələstinin radikal HƏMAS təşkilatına qarşı hərbi əməliyyatda iştirak edən hərbçilərlə şəxsən söhbət edib. Bu barədə onu bu səfərdə müşayiət edən ordu sözçüsü Daniel Hagari bildirib.
“Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinə qoşuldum və əməliyyat karvanının tərkibində Qəzza zolağına daxil olduq. Sahədə bölmə komandiri, onun bütün briqada komandirləri və bir çox əsgəri ilə görüşdük. Baş Qərargah rəisi vəziyyəti qiymətləndirmək üçün müşavirə keçirdi və bu iclasda hər bir bölmə komandiri hansı əməliyyat nəticələrini çıxardıqları və hazırda döyüş əməliyyatlarının gedişatını necə gördükləri barədə məruzə etdi”, – o, axşam brifinqində bildirib.
Həcəri əlavə edib ki, Halevi ilə görüşdə hərbçilər yüksək əhval-ruhiyyə və verilən bütün tapşırıqları yerinə yetirmək üçün qətiyyətli münasibət nümayiş etdiriblər. (Tass)