İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi İranın kütləvi raket hücumundan sonra Təl-Əvivdə təcili əməliyyat iclası çağırıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Baş Qərargah rəisi hazırda Kiriya kompleksində (Təl-Əvivin şərqində Müdafiə Nazirliyi, ordu və təhlükəsizlik qüvvələrinin binaları kompleksi) vəziyyəti qiymətləndirmək üçün müşavirə keçirir”, – məlumatda deyilir.