İsrail Müdafiə Qüvvələrinin (IDF) 162-ci diviziyası Qəzza zolağının mərkəzi hissəsində “yüksək dəqiqlikli quru əməliyyatı”nın ikinci günündə döyüşür, hərbçilər bir neçə silahlı radikalı məhv edib və istifadəyə hazır raket qurğularına hücum ediblər. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“162-ci diviziya Qəzza zolağının mərkəzi hissəsində terrorçuların məhv edilməsi və terror infrastrukturuna zərbələrin endirilməsi üzrə yüksək dəqiqlikli əməliyyatı davam etdirir. Gün ərzində İDF həm quru döyüşləri zamanı, həm də hava zərbələri nəticəsində bir neçə terrorçunu məhv edib, <.. .> yeraltı buraxılış qurğularına və atəş üçün hazırlanmış bir sıra raket obyektlərinə zərbələr endirib”, – məlumatda deyilir.
Bundan əlavə, “terrorçuların olduğu əraziyə məqsədyönlü reyd keçirilib, orada əsgərlər [Fələstin radikal] İslami Cihad qruplaşmasına aid hərbi texnika aşkar ediblər”, – deyə mətbuat xidməti əlavə edib.
(Tass)