İsrailin şənbə gecəsi Qəzza zolağına atəş açması çoxlu sayda itki ilə nəticələnib. Bu barədə CNN məlumat yayıb.
Onun sözlərinə görə, səhər saatlarında Qəzza zolağının sakinləri İsrailin intensiv atəşə tutduğu gecədə dünyasını dəyişən yaxınlarına yas saxlamaq üçün Deyr əl-Bəlahdakı xəstəxanaya toplaşıblar. Telekanal xəstəxananın həyətində uşaqlar da daxil olmaqla çoxlu cəsədin yatdığını bildirir. CNN xəstəxana həkiminə istinadən iddia edir ki, bu xüsusi müəssisə bir gecədə 22 ölü, eləcə də yüzlərlə yaralının cəsədini qəbul edib. Həkim Qəzza zolağında xəstəxanalar arasında əlaqənin kəsildiyini vurğulayıb. Telekanal həkimin sözlərindən sitat gətirir: “İnsanlar ümidsizcə öz yaxınları və ailələri haqqında bəzi xəbərlər tapmağa çalışırlar”.