İsrail ordusu Qəzza zolağında əməliyyatın quru mərhələsinə hazırlaşmağa davam edir, onun başlama vaxtı bunun üçün optimal şəraitin nə vaxt yaranacağından asılıdır. Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Biz [Qəzzə zolağına] zərbələr endirir və müharibənin davam etdirilməsi üçün şərait yaradırıq. [Hərbi əməliyyatın] növbəti mərhələləri gələcək, biz onları hazırlayırıq və həyata keçirməliyik”, – o, mətbuat konfransında deyib.
Qalant vurğulayıb ki, əməliyyatın əsas hissəsi “vaxt gələndə” başlayacaq. (Tass)