İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın qərargahına, silah anbarlarına və atış meydançalarına irimiqyaslı hücumlar həyata keçirməyə davam edir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində Qəzza zolağında genişmiqyaslı zərbələr kampaniyası zamanı İsrail Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsaslanaraq, İDF terrorçuların tunel siloları, hərbi qərargahları, silah anbarları, minaatanlar da daxil olmaqla HƏMAS hədəflərini hədəfə alıb”, – məlumatda deyilir. (Tass)