WAFA-nın məlumatına görə, İsrail təyyarələri Qəzza zolağındakı Əl-Şifa və Əl-Qüds xəstəxanalarına bir neçə raket zərbəsi endirib. Fələstin xəbər agentliyinin mənbəsinə görə, atəşə məruz qalan Əl-Şifa xəstəxanası ərazisində çoxlu tibb işçisi olub.
Ölən və yaralananların sayı hələlik məlum deyil, lakin bir neçə saat əvvəl İsrailin Qəzza zolağının şimalını bombalaması nəticəsində 13 nəfər həlak olub. Raket zərbələri nəticəsində iki yaşayış binası və bir məscid dağıdılıb. İki saat davam edən partlayışın fotoları internetdə yayımlanıb . KİV-in məlumatına görə, bu, İsrail və Fələstin arasında müharibə başlayandan bəri ən güclü və ən uzun hücumdur.
Bundan əvvəl Qəzza zolağındakı Müqəddəs Porfirios yunan pravoslav kilsəsi İsrailin atəşi nəticəsində dağıdılıb . Hücum zamanı məbəddə qadın və uşaqlar da daxil olmaqla 50-yə yaxın insan olub. Zərbələr nəticəsində insanlar yaralanıb, ölənlər də var. Yaxın Şərqdə baş verənləri qiymətləndirən konqresmen İlhan Ömər Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, son on gündə İsrail Qəzza zolağına ABŞ-ın bir ildə Əfqanıstana atdığından daha çox bomba atıb. (Nevs.ru)