İsrail qüvvələri Fələstinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat şəhərində məscidin binasına hücum edib. WAFA-nın məlumatına görə, onlarla ölən və yaralanan var.
“Nüseyratdakı Əl-Əqsa Şəhidləri Məscidi ilə bitişik əraziyə mərminin düşməsi nəticəsində onlarla insan ölüb və ya yaralanıb”, – deyə agentlik bildirib. Şahidlərin sözlərinə görə, partlayış zamanı məscidin içərisində və yaxınlığında bombardmandan orada gizlənməyə çalışan dinc sakinlər olub. WAFA- a qeyd edib ki, əksəriyyəti qadın və uşaq olmaqla onlarla insan yerli xəstəxanaya aparılıb.
Demək olar ki, Nuseyratdakı hücum xəbəri ilə eyni vaxtda Əl-Cəzirə telekanalı İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinin Ət-Tuffah bölgəsinə basqın etdiyini bildirdi. Hücum nəticəsində Əl-Mahatta məscidi demək olar ki, tamamilə dağılıb. Mümkün qurbanların və yaralananların sayı barədə hələlik məlumat yoxdur. (Tass)