Qəzza Media Ofisindən verilən açıqlamaya görə, İsrailin Qəzzaya 108 gündür təşkil etdiyi hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib.
Qəzzada 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin hələ də dağıntılar altında qaldığı və ya itkin düşdüyü qeyd edilərkən, xəstəxanalara çatan cəsədlərin sayı 25 min 925, 63 min nəfər isə yaralanıb.
İsrail hücumlarda 70 min evin tamamilə dağıldığı, ümumilikdə 290 min evin isə zərər görərək yaşayış üçün yararsız hala düşdüyü paylaşılıb.
İsrailin səhiyyə sektorunu hədəf alan qanun pozuntularına gəlincə, 337 səhiyyə işçisi və 45 mülki müdafiə əməkdaşının həlak olduğu bildirilib.