İsrail Qəzza Zolağına qarşı hücumların 42-ci günündə bölgənin şimal və cənubunda bir çox nöqtəni qurudan və havadan bombalayıb.
Qəzzanın şimalındakı hücumlar Cibaliya Qaçqınlar Düşərgəsi, Beyt Lahiya və Qəzza şəhərinə yönəlib.
Fələstin dövlət televiziyası və rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail Ordusu Qəzza şəhərinin cənubundakı Zeytun rayonunda köçkünlər üçün sığınacaq mərkəzinə çevrilmiş Əl-Fəlah məktəbini bombalayıb. Hücum zamanı çoxlu sayda ölən və yaralananın olduğu bildirilib. (TRT Haber)