İsrail hərbçiləri HƏMAS İslam hərəkatının silahlı qanadı – İzzəddin əl-Qəssam Briqadalarının komandiri – Məhəmməd Deyfin atasının Qəzza zolağındakı evini dağıdıblar. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrailin zərbəsi nəticəsində Deyfin qardaşı həlak olub, ailə üzvləri isə evin dağıntıları altında qalıb. Bina dağıdılan zaman İzzeddin əl-Qəssam briqadalarının liderinin binada olub-olmaması barədə məlumat verilmir.
Həmas Deyfin vəziyyəti ilə bağlı məlumat vermir. (Tass)