Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, İsrail, Qəzzanın cənub hissəsindəki , UNRWA-nın Qaçqınlar Düşərgəsindəki məktəblərindən birinə hücum edib.
Evlərini tərk etmək məcburiyyətində qalanların sığındığı UNRWA məktəbinə hücumda ölən və yaralananlar olub.
Yenidən İsrailin müharibə təyyarələri həmçinin Xan Yunisin Havuz bölgəsində evlərini tərk edənlərin sığındığı Əhməd Əbdüləziz məktəbinin yaxınlığındakı evi də hədəf alıb. Hava zərbələri nəticəsində ölən və yaralananların olduğu bildirilib.
WAFA-nın başqa bir hesabatında İsrailin Xan Yunisin cənubundakı əl-Bəkri ailəsinin evini hədəf alan hava hücumu nəticəsində 7-si uşaq olmaqla ən azı 9 nəfərin həyatını itirdiyi bildirilib. Güclü bombardmanlar nəticəsində dağılan evin dağıntıları altında hələ də insanların olduğu bildirilib. (TRT Haber)