“The Wall Street Journal”ın (WSJ) xəbərinə görə, ABŞ rəsmiləri İsrailin Qəzzada “Həmas tunelləri”nə dəniz suyunu vurmaq planını həyata keçirdiyini iddia edib.
Səlahiyyətlilər həftələrlə davam edəcəyi gözlənilən dəniz suyunun tunellərə vurulması prosesinin 7 ayrı nasos sistemi ilə aparılacağını açıqlayıb.
Bildirilib ki, İsrail Müdafiə Nazirliyinin sözçüsü məsələyə münasibət bildirməkdən yayınıb və tunellərdə aparılan əməliyyatların məxfilik çərçivəsində olduğunu bildirib.
Digər tərəfdən, daha əvvəl qəzetə açıqlama verən bəzi səlahiyyətlilər, dəniz suyunun tunellərə buraxılacağı təqdirdə Qəzzada şirin su qaynaqlarının çirklənəcəyini və infrastrukturun zədələnəcəyini bildiriblər.
Bəzi ABŞ rəsmiləri planla bağlı narahatlıqlarını ifadə edərkən, bəzi səlahiyyətlilər də ABŞ-ın tunellərin fəaliyyətini dayandırmasını dəstəklədiyini və plana qarşı çıxmayacağını bildiriblər.
İsrail, təxminən 800 tunel müəyyən etdiyini iddia etdi, lakin tunel şəbəkəsinin bilinəndən çox daha böyük olduğunu söyləyib.
Qəzza Zolağından azad edilən bəzi israilli qadınlar və məhbusların yaxınları İsrail ordusunun məhbusların saxlandığı tunellərə “su vurmaq” planına qarşı baş nazir Benyamin Netanyahuya reaksiya veriblər.