İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi etiraf edib ki, lazım gələrsə, yerli xəstəxanalar üçün yanacaq Qəzza zolağına daşınacaq. Eyni zamanda o, İsrail tərəfinin Fələstinin radikal HƏMAS təşkilatının əlinə keçməməsi üçün bütün tədarüklərə ciddi nəzarət edəcəyini vurğulayıb.
“İndiyədək Qəzza zolağına yanacağın tədarükünə icazə verməmişdik. Biz gündəlik olaraq Qəzzada vəziyyəti yoxlayırıq. Nəzərə alın ki, artıq bir həftədir ki, sabah Qəzza zolağında yanacağın tükənəcəyi bildirilir, hələ də tükənməyib. Lazım gələrsə, yanacaq nəzarət altında xəstəxanalara təhvil veriləcək, biz bu yanacağın HƏMAS-a ötürülməməsi üçün hər şeyi edəcəyik”, – deyə o, jurnalistlərə bildirib. (Tass)