Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən tez başlanmayacaq. Bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi deyib.
“Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar davam edir. Girovların azad edilməsi tərəflər arasında ilkin razılaşmaya uyğun olaraq və cümə günündən gec olmayaraq başlayacaq”, – Haneqbi İsrail hökuməti mətbuatı tərəfindən yayımlanan bəyanatda bildirib.
Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan edilib. İsrail Ədliyyə Nazirliyi noyabrın 22-də səhər saatlarında saziş çərçivəsində azad oluna biləcək 300 fələstinli məhbusun siyahısını dərc edib. Daha 10 girovun azad edilməsi üçün İsrail bir gün ərzində hərbi əməliyyatları dayandıracaq. İsrail tərəfinin məlumatına görə, 200-dən çox adam yaraqlılar tərəfindən əsir götürülüb. (Tass)