İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında Fələstinin HƏMAS radikal hərəkatının istifadə etdiyi tuneli məhv edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, tunel Fələstin anklavının şimalındakı Beyt Lahiya şəhəri yaxınlığında yerləşirdi. Uzunluğu 1 km-dən çox olan tuneldə İsrail qüvvələri silah-sursat, elektrik infrastrukturu və yüklərin daşınması üçün dəmir yolu aşkarlayıb. (Tass)