İsrail Qəzza zolağında hərbi əməliyyatın vaxtı ilə bağlı ABŞ-dan heç bir məhdudiyyət almayıb, verilən tapşırıqlar bir neçə ay çəkə bilər. Bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi deyib.
“Amerikalılar [əməliyyatın başa çatması üçün] heç bir son tarix təyin etməyiblər. Dünən onlar belə bir müddətin mövcudluğunu rədd etdilər. Onlar başa düşürlər ki, İsrail ordusuna məqsədlərinə çatmaq üçün nə qədər vaxt lazım olacağını deyə bilməzlər”, – o İsrailin 12-ci televiziya kanalına müsahibəsində bildirib.
Haneqbi əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağından orada saxlanılan bütün girovların xilas edilməsi ilə bağlı İsrail tərəfinin qarşıya qoyduğu vəzifə ilə razılaşır. “Onlar [ABŞ] girovların qaytarılması məqsədini bölüşürlər ki, bu kampaniyanın bitmə tarixini təyin etmək mümkün deyil, həm də HƏMAS-ı məhv etmək məqsədini bölüşürlər. Qəzza zolağında hərbi əməliyyat həftələrlə ölçülə bilməz” sözü doğrudur və mən bunun aylarla ölçülə biləcəyinə əmin deyiləm”, – deyə Milli Təhlükəsizlik Şurasının rəhbəri əlavə edib. (Tass)